Ericsson şirkəti yerli mobil operatorlara 3G texnologiyası ilə bağlı kömək etməyə hazırdır.
Bu sözləri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində təşkil edilmiş görüş zamanı Ericsson şirkətinin birinci vitse-prezidenti və maliyyə direktoru Hans Vestberq bildirib.Vestberqin sözlərinə görə,Ericsson şirkəti telekommunikasiya sahəsində yeni xidmətlər təklif etməklə, Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun sonrakı inkişafına kömək etməyə hazırdır.
Hans Vestberq,həmçinin, bildirib ki, Azərbaycanın telekommunikasiya bazarı sürətli artım nümayiş etdirir və şirkət bu müsbət tendensiyanın gələcəkdə saxlanılacağından əmindir. Azərbaycanın telekommunikasiya bazarının sürətli artımı, mobil rabitə abunəçilərinin sayının artması Ericsson şirkətinin Azərbaycanda işgüzar fəallığının dinamik genişlənməsinə kömək edib.
Vestberq Ericsson şirkətinin qabaqcıl standardlara uyğun olaraq Azərbaycanın telekommunikasiya bazarının inkişafına hərtərəfli dəstək göstərməyə hazır olduğunu bildirib. Üçüncü nəsil texnologiyalarının (3G) meydana çıxması ilə Ericsson şirkəti operatorlara İnternetə mobil genişzolaqlı giriş, mobil televiziya, interaktiv video və digər xidmətlərin quraşdırılması üçün təklif verməyə hazırdır.
Bu gün Ericsson-un Azərbaycanda əsas müştəriləri "Azercell" və "Azərfon" mobil rabitə operatorlarıdır və bunlarla birgə yeni texnologiyanın testdən keçirlməsi üçün təcrübə zonası yaradılır.
Baxış sayı: 54
Açar sözlər: 3g azərbaycan
AZƏRBAYCANDA İNTERNET QİYMƏTLƏRİ 3 DƏFƏYƏDƏK ENDİRİLƏCƏK!
Belə ki,1 sentyabr 2009-cu ildən etibarən Azərbaycanda internet qiymətlərində 3 dəfə enmə gözlənilir. Eyni zamanda , deyəsən, yavaş-yavaş Azərbaycanda Dial-up internet bağlantısına da son qoyulur!!! Bu haqda xeberler.az-a etibarlı mənbədən daxil olan məlumatda deyilir.
Məlumata görə ilk olaraq ölkənin əsas provayderi olan «Delta Telecom»-un Provayderlərə təklif etdiyi internet tariflərində qiymətlərdə 3 dəfəyədək endirim gözlənilir. Daha sonra isə 2-ci səviyyəli provayderlər də buna uyğun olaraq istifadəçilərə təklif etdikləri internet xidmətlərinin qiymətlərini endirəcəklər.
Baxış sayı: 53
Açar sözlər: azərbaycan internet qiymətlər
“Azərbaycan dili və virtual məkan” adlı kitab işıq üzü görüb.
“Azərbaycan dili və virtual məkan” adlı kitab çapdan çıxıb. Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Tofiq Kazımovun müəllifi olduğu kitabda böyük inkişaf yolu keçmiş qədim dillərdən biri olan Azərbaycan dilinin virtual məkanda istifadə olunması problemləri, inkişafı məsələləri təhlil olunub və araşdırılıb.
Nokianın ilk dizüstü kompüteri
Telefon istehsalı ilə dünyada tanınan Nokia ilk dizüstü kompüterini istifadəçilərə təqdim edəcək. Nokia Booklet 3G adlı modelin 10 düym HD-Ready ekranı və yüksək keyfiyyətli görünüş üçün HDMI çıxışının olması əsas üstünlüklərindəndir.
10 düym ekrana sahib olan Booklet 3G, netbook sinifinə aiddir. 2 santimetr qalınlığında və 1200 qram ağırlığındakı məhsul, İntel Atom prosessor istifadə edir və vəd edilən 12 saatlıq batareya ömürüylə çaşdırır. İstifadə edilən İntel Atomun modeli hələ ki açıqlanmayıb.
Nokia Booklet 3G-də istifadə edilən 10 düym ekran HD-Ready var. Nokia 3G Booklet-in istifadə etdiyi əməliyyat sistemi Windows olacaq. Nokia ilk dizüstü kompüterinin qiymətini və əsas olan detallarını 2 sentyabrda keçiriləcək Nokia World illik konfransında açıqlayacaq.
Windows7-nin Azərbaycanda lokallaşdırılması istiqamətində işlər aparılır.
Microsoft korporasiyasının Azərbaycan bölməsi şirkət tərəfindən Vista əməliyyat sisteminin davamçısı hesab olunan Windows 7-nin Azərbaycan dilinə tərcümə edilməsi istiqamətində işlərin həyata keçirilməsini bildirib.
Yeni əməliyyat sisteminin tez bir zamanda istifadəyə verilməsi və onun Azərbaycanda tətbiqi barədə danışan Microsoft Azərbaycan şirkətinin baş direktoru Teymur Axundov dünyanın digər ölkələri kimi Azərbaycanın da innovasiyalara qarşı çox tələbkar olduğunu qeyd edib.
“Biz nəinki məhsullarımızın keyfiyyətinin daim yaxşılaşdırılmasına can atırıq, həmçinin Azərbaycan bazarını həmin məhsullarla təmin edirik. Əminəm ki, özünün təkmilləşdirilmiş xüsusiyyətləri sayəsində, yeni əməliyyat sistemi istifadəçilərimiz tərəfindən bəyəniləcək. Yeni əməliyyat sisteminin lokallaşdırılması üzrə işlərə də artıq başlanılmışdır”, deyə T.Axundov bildirib.
Xatırladaq ki, Microsoft yeni əməliyyat sisteminin işlənib hazırlanmasının başa çatdığını artıq bəyan edib. İyul ayının 22-nə kimi Windows 7 proqramçılar heyətinin bütün şöbələrində uğurla yoxlamadan keçib. ƏS-nin cari ilin oktyabr ayının 22-də satışa çıxarılacağı nəzərdə tutulub.
Baxış sayı: 46
Açar sözlər: windows
Wi-Fini cibtelefonlarına keçirtməyin ən asan yolu!
Wi-Fi xüsusiyyətinə sahib olmayan cihazların internetə bağlanmasını təmin etmək üçün indiyə qədər fərqli üsullar inkişaf etdirildi. Bunların bir çoxu isə çox təəssüf ki rahat olmaqdan uzaq idi. Lakin Yaponiyada reallaşdırılan bir sərgidə tanıdılan yeni bir üsul, cib telefonlarına Wi-Fi xüsusiyyəti qazandırmaq üçün son dərəcə praktik və "kiçik" bir vasitəyə ehtiyac duyur; bir microSD kartına...Dırnağınızdan daha böyük olmayan "bir microSD" kart köməyiylə artıq cib telefonlarına Wi-Fi xüsusiyyəti qazandırmaq mümkün. KDDI Copr firmasının inkişaf etdirdiyi bu xüsusi microSD kartı kabelsiz internet üçün IEEE802.11b/gə sahib. Kiçik antenasını da öz üzərində saxlayan bu microSD kartın bazara çıxış tarixi və qiyməti haqqında isə hələ bir məlumat yoxdur.
Cari ildə Azərbaycanda Wimax texnologiyasının tətbiqi gözlənilir.
Bu il Azərbaycanda Wimax texnologiyasının tətbiqi gözlənilir.Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinən verilən məlumata əsasən bu xdiməti təqdim edəcək şirkətlər də artıq müəyyənləşdirilib.
Qeyd edək ki, mikrodalğalı giriş üçün ümumdünya səviyyəsində funksional uyğunluq hesab edilən WiMAX, IEEE 802.16 adı ilə tanınan, simsiz “mərkəzi sahə şəbəkəsi” üçün nəzərdə tutulan simsiz rəqəmli rabitə sistemidir.
WiMAX istənilən yerdə, istənilən zaman, istənilən qurğu üçün və istənilən şəbəkədə geniş zolaqlı şəbəkə birləşməsini həyata keçirəcəkdir. Hazırda mümkün olmayan yüksək sürətli internet girişini gerçəkləşdirir
Baxış sayı: 42
Açar sözlər: wimax
Ən çox hansı kompüter istehsalçısının saytı ziyarət edilir?
Texnologiya bazarında araşdırma aparan Nielsen firması kompüter istehsalçılarının saytları haqqında əldə etdiyi statistikanı açıqlayıb. Statistikaya görə, ən çox ziyarət edilən sayt “apple.com” olub. 2009-cu ilin may ayında isə heç bir firma saytı Apple qədər ziyarət edilməyib.
Statistikalara görə, 1 -31 May aralığında cəmi 55,7 milyon fərqli internet istifadəçisi Mac və iPod istehsalçısının veb saytını ziyarət edib.
21 milyon ziyarətçi ilə Hewlett Packard firması ikinci sıranı tutub. May ayında HP firmasının saytını isə 17 milyon adam ziyarət edib. Nintendo, İntel və IBM kimi nəhənglərin veb saytlarına girən fərqli istifadəçilərin sayı isə milyonun ətrafında pillə-pillə azalır.
İdman avtomobil qədər sürətli, ərazi vasitəsi kimi elastik...
Parajet Avtomobil Skycar üçün ön sifarişləri al/götürməyə başladı. Yola çıxması tamamilə qanuni olan, qanun və nizamnamələrə uyğun gələn bu dörd təkərli vasitə uca bilir. "ram-Air Wing" texnologiyası deyilən bir texnologiyadan faydalanır. Bu istiqamət və sürət idarəsinə imkan verən bir paraşüt növü əslində. Avtomobil bu paraşüt ilə uçur və 3000 metrə qədər irtifa qazana bilir.Saatda 160 kilometr sürətlə uca bilən Skycar, icadçısı Giles Cardozovanın fikrinə görə 200 metr məsafədən cəhd et edə bilir. Ayrıca yenə Gilesə görə eniş və qalxışları təyyarələrdən çox daha asan və etibarlı. Təyyarələrdəki kimi bir burnu aşağı yuxarı nizamlama hərəkətinə sahib olmadığı üçün də enişdə bucağı nizamlaya bilməyib çaxılma təhlükəsi yox. Təhlükəli bir vəziyyətə qarşı da təcili vəziyyət paraşütü var.
Baxış sayı: 38
Açar sözlər: skycar
HP şirkətinin meneceri:“ Azərbaycanda noutbukların satışı ikiqat artıb” .
HP şirkətinin meneceri: “Bu, əhalinin yeni texnologiyalara olan marağının artmasından xəbər verir”
Cari ilin birinci yarımilliyində Azərbaycanda noutbuk bazarının davamlı inkişafı müşahidə olunur. Bu haqda HP şirkətinin biznes inkişafı üzrə meneceri Rasim Bəxşi bildirib.
Onun sözlərinə görə, ən çox artım qiyməti 500-700 AZN olan noutbukların payına düşür.
O, qeyd edib ki, bu qiymət seqmentinə daxil olan noutbuklar əsas istifadəçilər qrupunun tələblərini ödəyə biləcək zəruri texniki göstəricilərə malikdir.
İKT İnformasiya Mərkəzinin verdiyi məlumatlara əsasən, əhalinin təxminən 80%-ı həmin qiymət seqmentinə daxil olan kompüter və noutbuklara üstünlük verir.
R. Bəxşi qeyd edbi ki, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, HP və Microsoft şirkətləri tərəfindən həyata keçirilən “Xalq Kompüteri” layihəsi çərçivəsində müəllimlərə də tələbatda olan noutbuklar - HP Compaq 6730s T1600 və HP Compaq 6730s T4200 - təqdim olunur.
Ümumiyyətlə, Azərbaycan bazarında HP-nin məhsulları arasında ən çox tələbat 6000-ci seriya noutbuklarınadır.
R. Bəxşi qeyd edib ki, Azərbaycanda müşahidə olunan noutbukların satış həcminin ikiqat artımı əhalinin yeni texnologiyalara olan marağının artmasından xəbər verir. Bundan əlavə, Azərbaycanda kompüter parkının artması “rəqəmsal bərabərsizliyin” aradan qaldırılmasına birbaşa təsir edir ki, bu da ölkədə infomasiya cəmiyyətinin inkişafı üçün əsas məsələlərdəndir.
xeberler.az

